"Xəzər Lənkəran” gəzintidə FOTOSESSİYA

"Xəzər Lənkəran” gəzintidə FOTOSESSİYA

Dünən günorta yeməyindən sonra "Xəzər Lənkəran"ın futbolçuları və məşqçilər korpusu Lənkəranda yerləşən "Panço" şirniyyat evində olublar. Siasport.az saytının məlumatına görə, adıçəkilən müəissisənin kollektivinin Azərbaycan Superkubokunu qazanması münasibətilə dəvətini qəbul edən "Xəzər Lənkəran" şirniyyat masası arxasında oturub. İlk öncə Superkubokun əksi olan böyük tortu kapitan Rahid Əmirquliyev kəsib. 40 dəqiqə davam edən görüşdə şirniyyat evinin kollektivi komandanı müxtəlif şirniyyatlara qonaq edib və "Xəzər Lənkəran"ın uğurundan fərəhləndiklərini bildirirək komandaya qarşıdakı oyunlarda da uğurlar diləyiblər.

Daha sonra "Xəzər Lənkəran"ın futbolçuları Heydər Əliyev mərkəzində olaraq Ulu Öndərin həyatını əks etdirən muzeylə tanış olublar. Futbolçulara Heydər Əliyev mərkəzindəki eksponatlar haqqında geniş məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня