“Bakı” cüdo klubunu açdı

Daim müxtəlif idman növlərinin inkişafına dəstək verən "Bakı" daha bir idman klubunu açıb. Siasport.az saytının məlumatına görə, bundan sonra klubun cüdo bölməsi də fəaliyyət göstərəcək.

"START" İdman və Əyləncə Kompleksində işə başlayan cüdo klubunda məşqlərə Rüstəm Alimli, Rəfael Şahverdiyev və Vüsal Cəfərov rəhbərlik edəcək.

Həftənin 2, 4 və 6-cı günləri təşkil olunacaq məşqlər səhərlər saat 09:00-dan 10:30-a, axşamlar isə 19:00-dan 20:30-a kimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə