FİFA prezidenti Josef Blatter, qalmaqal yaradacaq açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, qitənin ali futbol qurumunun rəhbəri bu dəfə "Barselona"lı Leonel Messi və "Real"ın portuqaliyalı ulduzu Kriştiyanu Ronaldo barədə danışıb. J.Blatter, öz açıqlamasında K.Ronaldo ilə L.Messi arasında seçim edərkən, üstünlüyü argentinalı futbol ulduzuna verib: "Leo yaxşı oğlandır. Hər bir valideyn istəyər ki, belə bir övladı olsun. Olduqca cəld futbolçudur. Futbolu sanki rəqs edirmiş kimi oynayır. Ronaldo isə meydanda əsl komandirdir. Onun bütün günü bərbərdə keçirdiyi vaxt isə, məncə hamıya məlumdur. Seçim etməli olsaydım, mən Messini seçərdim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB