İspaniyanın "Barselona" klubu, artıq Viktor Valdesin "dəymə-düşərliyindən" narahat olmaya bilər. Siasport.az saytı xəbər verir ki, son aylar komandada qalmaq istəmədiyini deyərək, katalon klubunun rəhbərliyini boğaza yığan V.Valdeslə yollar elə qış transfer dövründəcə ayrıla bilər. Belə ki, Almaniyanın məşhur "Bild" nəşri iddia edir ki, "Barselona" "Münhenqladbax"ın gənc qolkiperi olan Andre Ter Stegenlə bir illik müqavilə imzalayıb. Alman nəşri iddia edir ki, sözləşmə gizli şəkildə imzalandığı üçün, hələlik futbol ictimayyətindən və "Barselona" azarkeşlərindən gizli saxlanılır. "Bild" yazır ki, "Barselona"nın odman direktoru olan Andori Zubizarreta Almaniyaya gedərək, 21 yaşlı qolkiper ilə bir illik müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB