Boksçularımız dünya çempionatında qazandıqları uğurları Prezident İlham Əliyevə həsr etdilər
Qazaxıstanın Almatı şəhərində 14-26 oktyabr 2013-cü il tarixində keçirilən boks üzrə dünya çempionatı idman tariximizə qızıl hərflərlə yazıldı. Siasport.az saytının məlumatına görə, dünyanın 109 ölkəsindən 543 idmançının qatıldığı turnirdə ölkəmiz bütün çəki dərəcələrində ümumilikdə 10 idmançı ilə təmsil olunurdu.
Yüksək əhval-ruhiyyə ilə turnirə qatılan idmançılarımızdan Məhəmmədrəsul Məcidovla (+91 kq) Cavid Çələbiyev (56 kq) qızıl, Teymur Məmmədov (91 kq) bürünc medal qazanaraq möhtəşəm turnirdə 3 medalı aktivlərinə yazmaqla komanda hesabında da ölkəmizin adını ilk üçlüyə saldılar. İdmançılarımız əldə etdiyi nəticə ilə Avropa ölkələri arasında birinci yeri tutaraq, böyük boks məktəbi olan Rusiya və Ukrayna idmançılarını qabaqladılar.
Əlbəttə, dünyanın dörd bir yanından gələn ölkələr arasından himnimizin səslənməsi, bayrağımızın dalğalanmasından qürurverici başqa hiss olabilməzdi.
İdmançılarımızın əldə etdikləri bu yüksək nəticə möhtərəm Prezidentimiz İlham Əliyevin yenidən Prezident seçilməsi və qazandığı möhtəşəm qələbəsinə olan hədiyyədir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB