İlk qələbə sorağında

Topaz Premyer Liqasının XII turu paytaxt derbisi ilə əlamətdar olacaq. Siasport.az saytının məlumatına görə, son turlarda inamlı çıxışı ilə irəliləyişə nail olan "İnter" geridə qalan 11 tur ərzində hamıdan çox - 21 qol buraxan "Rəvan"ı sınağa çəkəcək.

2 noyabr (şənbə)

58. "İnter" (Bakı) – "Rəvan" (Bakı)
+5=0-0, top fərqi 12-2

Paytaxt derbisinə "İnter" aşkar üstünlüklə çıxacaq. Kaxaber Sxadadzenin yetirmələri indiyədək 5 dəfə qarşılaşdığı rəqibini həmişə məğlub edib. Xala həsrət qalan "Rəvan" səfərdə rəqibinin qapısına yol tapa bilmir.

30.10.2011

Rəvan (Bakı) - İnter (Bakı)

1:2

07.03.2012

İnter (Bakı) - Rəvan (Bakı)

1:0

04.10.2012

Rəvan (Bakı) - İnter (Bakı)

0:2

02.12.2012

İnter (Bakı) - Rəvan (Bakı)

2:0

25.08.2013

Rəvan (Bakı) - İnter (Bakı)

1:5

Bütün xəbərlər Facebook səhifəmizdə