Rusiya Alpinizm Federasiyası Azərbaycan alpinistlərini mükafatlandırdı

Rusiya Alpinizm Federasiyası Azərbaycan alpinistlərini mükafatlandırdı

Oktyabrın 26-27-də Moskva şəhərində sovet alpinizminin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Siasport.az saytının məlumatına görə, Rusiya Alpinizm Federasiyanın təşkilatçılığı ilə keçirilən mərasimə keçmiş SSRİ ölkələrinin bir çox alpinist təşkilatları dəvət alıblar. Azərbaycanı bu tədbirdə Azərbaycan Alpinizm Federasiyasının (AAF) rəhbəri İsrafil Aşurlı təmsil edib.

AAF-ın mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 26-da səhər saatlarında "Beynəlxalq yarışma, alpinizmin perspektivləri, təcrübə və problemləri" haqqında ikinci beynəlxalq elmi-nəzəri konfransı keçirilib. Elə həmin günün axşamı "Memarların Mərkəzi Evində" təntənəli mərasim təşkil olunub.

Rusiya Alpinizm Federasiyası bu mötəbər tədbir ilə əlaqədar döş nişanı təsis edib. Bu nişan ilə alpinizm veteranları və alpinizmin inkişafında böyük rolu olan insanlar təltif olunur. İsrafil Aşurlıdan əlavə, bu nişan ilə 49 alpinizm veteranı və fəalları təltif edilib.

Mərasimdə, həmçinin cari ilin may ayında "Everest"i fəth edən digər alpinistimiz Murad Aşurlı "Everesti fəth edən" döş nişanı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə