Gənclərdən ibarət cüdo üzrə Azərbaycan milli komandası Sloveniyanın Lyublyana şəhərində keçirilən dünya çempionatında bir bürünc medal qazanıb. Siasport.az saytının məlumatına görə, yarışda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev medala aparan yolda Latviya təmsilçisi Nikita Volosinsi, avstriyalı Marko Bubanjanı, monteneqrolu Rijad Dedeiçi və Rusiya idmançısı Aslan Leppinaqovu məğlub edib.
Sloveniyada keçirilən çempionatda 74 ölkədən 607 idmançı birincilik uğrunda mübarizə aparıb.
Qeyd edək ki, yeniyetmələrdən və böyüklərdən ibarət milli komandalarımız dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB