"Atletiko"nun (Madrid) gənc oyunçusu Oliver Torres La Liqanın 11-ci turunun "Betis"lə matçında (5:0) vurduğu qolla klubun tarixinə keçib. Siasport.az saytı xəbər verir ki, 18 yaşlı oyunçu qarşılaşmanın 13-cü saniyəsində fərqlənməklə klub tarixinin ən erkən qol vuran futbolçusu olub. O.Torres bu qolla La Liqada isə ən tez qol vuran 10-cu oyunçu olaraq tarixə düşüb. Qeyd edək ki, İspaniya çempionatında ən erkən qolun müəllifi 2007/2008 mövsümündə "Valyadolid - "Espanyol" matçında 7-ci saniyədə fərqlənən Xosep Lorentedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB