Mişel Platini maraqlı təkliflə çıxış edib

Mişel Platini maraqlı təkliflə çıxış edib

UEFA prezidenti Mişel Platini, futbol üzrə Dünya Çempionatının final mərhələsi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Avropanın ali futbol qurumunun rəhbəri Fransa mətbuatına verdiyi açıqlamada qeyd edib ki, Futbol üzrə Dünya çempionatının final mərhələsinin iştirakçılarının sayı artırılmalıdır:

"Mən FİFA prezidenti Yozef Blatterin fikrini dəstəkləyirəm. Yarışda Afrika və Asiya ölkələri daha çox iştirakçı ilə təmsil olunmalıdır. Amma Avropa qitəsindən komandaların sayını azaltmaqdansa, iştirakçıların sayını artırmaq, konkret desək, 40-a çatdırmaq olar.
Mən təklif edirəm ki, əlavə olaraq Afrika, Asiya və Amerikanın hər birindən iki, Avropa və Okeaniyadan isə daha bir komanda yarışa buraxılsın. Bu halda final mərhələsində səkkiz qrup formalaşacaq və hər birində beş komanda mübarizə aparacaq" – deyə o qeyd edib. Xatırladaq ki, hazırda dünya çempionatının final mərhələsində 32 komanda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə