Türkiyə Superliqasında IX turun 3 oyunu keçirilib NƏTİCƏLƏR

Türkiyə Superliqasında IX turun 3 oyunu keçirilib NƏTİCƏLƏR

Türkiyə Superliqasında IX turun 3 oyunu keçirilib. Siasport.az saytının məlumatıan görə, "Əskişəhirspor" "Rizəspor"u, "Bursaspor" "Konyaspor"u, "Qalatasaray" isə "Kayserispor"u məğlub edib.

Ən məhsuldar oyun "Kayserispor" - "Qalatasaray" matçı olub. Qarşılaşmada qapılara 6 qol vurulub. Bunlardan 4-ü "Qalatasaray"ın, 2-si isə "Kayserispor"un aktivinə yazılıb.

"Əskişəhirspor" - "Rizəspor" 4:1

Qollar: Jorquera, 52, Erman Kılınç, 7, Erkan Zengin, 75, Ndoye, 80 - Kuake, 57

"Konyaspor" - "Bursaspor" 0:1

Qol: Kiraz, 66

"Kayserispor" - "Qalatasaray" 2:4

Qollar: Mişu, 44, Jaja, 45 - Sneyder, 14, Şecu, 25, Burak, 57, Droqba, 74.

Bütün xəbərlər Facebook səhifəmizdə