“Xəzər Lənkəran” “Qarabağ” klubu ilə oyuna hazırlaşır

“Xəzər Lənkəran” “Qarabağ” klubu ilə oyuna hazırlaşır

Azərbaycan Superkubokunun qalibi olan "Xəzər Lənkəran" "Qarabağ" klubu ilə oyuna hazırlaşır. Siasport.az saytının məlumatına görə, dünən səhər məşqini Lənkərandakı bazasının fitness zalında keçirən "Xəzər Lənkəran" Covanni Melkiorrenin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Axşam məşqini isə komanda əsas meydanda keçirib və futbolçular saat yarım ərzində taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər. Hazırda komandada yalnız Junior Nildo zədədən əziyyət çəkir. Braziliyalı futbolçu artıq fərdi məşqlərə başlayıb. Bu gün "Xəzər Lənkəran" "Qarabağ"la oyun öncəsi son məşqinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə