Cavid Çələbiyev dünya çempionatının finalında

Cavid Çələbiyev dünya çempionatının finalında

Almatıda (Qazaxıstan) boks üzrə dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, 56 kq çəki dərəcəsində Azərbaycan boksçusu Cavid Çələbiyev Qazaxıstan nümayəndəsi Kayrat Yeraliyevə qalib gələrək finala çıxıb. Finalda onun rəqibi rusiyalı Vladimir Nikitin olacaq.
Yığmamızın digər üzvü Teymur Məmmədov (91 kq) italiyalı Klementa Russoya uduzub və bürünc mükafatla kifayətlənməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə