Şahin Diniyev: "Heyətimizdə alternativin olmaması əvəzetmələrdə çətinlik yaradırdı"
Topaz Premyer Liqasının 11-ci turunda "Rəvan" "Bakı" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb. Matçdan sonra "Rəvan" klubunun baş məşqçisi Şahin Diniyev mətbuat konfransında fikirlərini bildirib: "Bugünki matçda göstərdikləri əzmkar oyuna görə futbolçularıma təşəkkürümü bildirirəm. Keçən oyunda oyunçularım 45 dəqiqə fiziki cəhətdən hazır idilər. Bu oyunda 60-70 dəqiqə gözləyirdim, elə də oldu. Qalan dəqiqələr isə futbolçuların əzmkarlığından asılı oldu. Ona görə də onlara minnətdaram. Heyətimizdə alternativin olmaması əvəzetmələrdə çətinlik yaradırdı. Buna baxmayaraq, oyunçular öz əzmkarlığını göstərdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB