Nazim Süleymanov "Neftçi"nin sükanı arxasına keçdi

Nazim Süleymanov "Neftçi"nin sükanı arxasına keçdi

Uzun müddətdir ki, baş məşqçisiz fəaliyyət göstərən Bakının "Neftçi" futbol klubuna yeni baş məqşçi təyin olunub. Siasport.az saytı xəbər verir ki, Naxçıvanda keçirilən Superkubok qarşılaşmasından sonra Tərlan Əhmədov başda olmaqla məşqçilər korpusunu istefaya göndərən komanda rəhbərliyi, Nazim Süleymanovla rəsmi müqavilə imzalayıb. Bundan sonra "ağ qaralar"ı N.Süleymanov çalışdıracaq. Komandanın rəsmi saytı xəbər verir ki, bu gün "Neftçi"nin bazasında komandanın yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib. Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutmuş görüşdə Nazim Süleymanov komanda üzvlərinə təqdim edilib. Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə