Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq "Emir" İdman Klubunda qol güləşi üzrə Bakı şəhər kuboku keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "Saleh" İK, "Rauf" İK, "Məhsul" İC, "Emir" İK, "Qol güləşi" İK-nın iştirakı ilə 74 idmançı mübarızə aparıb. Nəticələrə görə, I yerlərə 55 kq çəki dərəcəsində Məhərrəm Məmmədov, 60 kq çəki dərəcəsində Bəxtiyar İbrahimli, 65 kq çəki dərəcəsində Məhəmməd Cəfərov, 70 kq çəki dərəcəsində Hüseyn Əmənli, 75 kq çəki dərəcəsində Özal Ələsgərov, 80 kq çəki dərəcəsində Ənvər Hüseynov, 85 kq çəki dərəcəsində Xəyal Vəliyev, 90 kq çəki dərəcəsində Xalid Ağabalayev, 100 kq çəki dərəcəsində Azər Əsgərov, 110 kq çəki dərəcəsində İsmayıl İsmayılov, +110 kq çəki dərəcəsində Rafiq İbrahimov layiq görülüblər.
Qalib gəlmiş idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB