"Neftçi"nin yeni baş məşqçisi və köməkçisi kimdir?

"Neftçi"nin yeni baş məşqçisi və köməkçisi kimdir?

Rəsmən açıqlanmasa da, "Neftçi"nin yeni baş məqşçisinin Nazim Süleymanov olacağı artıq məlumdur. Siasport.az saytının Stadium.az-a istinadən verdiyi məlumata görə, Nazim müəllim artıq çalışmalara da başlayıb. Aldığımız məlumata əsasən, N.Süleymanov veteran futbolçu Səmədağa Şıxlarovla danışaraq onu yanında görmək istədiyini bildirib. S.Şıxlarov isə düşünmədən razılıq verib.

Məlumatlara görə, klub rəhbərliyi isə N.Süleymanovun əsas köməkçisinin S.Şıxlarov olmasının yox, daxildən birinin olmasının tərafdarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə