Azərbaycan gimnastları dünya klub çempionatında iştirak edəcəklər

Azərbaycan gimnastları dünya klub çempionatında iştirak edəcəklər

Oktyabrın 25-dən 27-dək Tokioda bədii gimnastika üzrə "Aeon Cup-2013" dünya klub çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın tanınmış idmançıları Lalə Yusifova və Marina Durunda, habelə yuniorka Jalə Piriyeva iştirak edəcəklər. Gimnastlara yığmanın baş məşqçisi Mariana Vasilyeva və onun köməkçisi Yasena Kuyumciyeva rəhbərlik edəcəklər. Hakimlərdən Azərbaycanı Natalya Bulanova təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə