Milinko Pantiç: "Bilirəm ki, onun da bizə qarşı hazırladığı taktiki planlar var"
Sabah "Bakı" Premyer Liqanın 11-ci turu çərçivəsində "Rəvan"ın qonağı olacaq. Siasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Milinko Pantiç oyunöncəsi fikirlərini açıqlayıb: "Azərbaycan Premyer Liqasında asan qarşılaşma görməmişəm. Mən də istəyirəm rahatlıqla qələbə qazanaq. Nəinki "Rəvan"a, heç bir komandaya yuxarıdan aşağı baxmıram. İmkan versələr, istəyimiz qələbə qazanmaqdır. Təbii ki, burda "Rəvan"ı nəzərdə tutmuram. Ortada başqa nüanslar var ki, bizə maneə törədir. Yaxşı düşüncələrimiz var, daim onu meydana sirayət etdirmək planı cızırıq. Hər bir peşəyə və hər bir insana hörmət edirəm. Amma özümü daha güclü sayıram. Yetirmələrimin də mənim kimi düşünməsini istəyirəm. İlk dövrədən fərqli olaraq indi rəqib komandanı PRO kateqoriyalı Şahin Diniyev çalışdırır. Bilirəm ki, onun da bizə qarşı hazırladığı taktiki planlar var. Bu gün məni ilk növbədə "Bakı" maraqlandırır, "Rəvan" ikinci yerdədir. Futbolçularıma inanıram və qələbə qazanmaq yönündə qorxum yoxdu. Turnir cədvəlinə gəlincə, reallıqda "Qarabağ" və "Neftçi" 7 xal bizdən öndədir. Amma onlarla çempionatın sonuna kimi 3 oyunumuz qalıb. Elə problemlər var ki, gecədən gündüzə həll olunmur. Hazırkı mövqeyimiz səbrlə vəziyyəti öz xeyrimizə dəyişəcəyimizi xarakterizə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB