Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatında kubalı Erislandi Savonu məğlub edərək, ən azı bürünc medalı özünə təmin Teymur Məmmədov görüşlə bağlı fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, döyüşün çətin keçdiyini qeyd edib: "Artıq karyeram ərzində üçüncü dəfədir ki, Kuba boksçuları üzərində qələbə qazanıram. Çox çətin görüş oldu. Savon Bakıdakı dünya çempionatında Məhəmmədrəsul Məcidova uduzmuşdu. İndi isə o, yeni çəki dərəcəsində çıxış edirdi. Yarımfinalda italiyalı Klemente Russo ilə üz-üzə gələcəyəm. Olimpiya oyunlarında onu məğlub etsəm də, hakimlər qələbəni rəqibə vermişdilər. Bu dəfə revanş olacaq. İnanıram ki, Russo üzərində qələbə qazana biləcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB