Topaz Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını başa vurub. Siasport.az saytının məlumatına görə, komanda dünən son məşqini keçirib. Zədəli olan Sabir Allahquliyev və Elçin Sadıqov məşqdə iştirak etməyib. "Qarabağ"la qarşılaşmada zədə səbəbindən iştirak etməyən Vüqar Əsgərov artıq tam sağalıb. "Sumqayıt" bu gün səhər Qəbələyə yola düşüb.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu oktyabrın 25-də saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB