Dünya çempionu Caspian Cup-da

2014-cü ilin may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında ənənəvi IV Caspian Cup beynəlxalq turniri təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, artıq Meksika Futbol Assosiasiyası müvafiq yaş qrupuna daxil olan Meksika yığmasının turnirdə iştirak edəcəyini təsdiq edən məktubu AFFA-ya göndərib.

Qeyd edək ki, Meksika U-17 yığması müvafiq yaş qrupu üzrə hazırkı dünya çempionudur.

Bütün xəbərlər Facebook səhifəmizdə