"Qarabağ" klubu hazırlıqlara başlayıb

"Qarabağ" klubu hazırlıqlara başlayıb

"Qarabağ" klubu "Xəzər-Lənkəran"la oyunun hazırlıqlarına başlayıb. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XI turunda lənkəranlıların qonağı olacaq komanda tam heyətlə məşq keçir. Bazar günü "Sumqayıt"la (3:0) baş tutan mücadilənin ertəsi günü bərpa məşqi keçən komanda daha sonra bir gün istirahət edib. Dünəndən isə 2 çalışma ilə hazırlıqlar sürətlənib. "Qarabağ"ın səhər çalışması saat 11:00-da İdman Akademiyasının meydançasında baş tutub. Ağdam təmsilçisinin 2-ci məşqi yenə də eyni meydançada keçirilib.

Qeyd edək ki, "Qarabağ" bu gün də Bakıda məşq edib, cümə günü Lənkərana yola düşəcək.

Xatırladaq ki, "Xəzər-Lənkəran" - "Qarabağ" oyunu bazar günü saat 19:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə