Con Toşak: "Tounkara təxribata uydu"

Con Toşak: "Tounkara təxribata uydu"

"Fasiləyə 1:0 hesabı ilə üstün yollandıq. Ancaq ən azı iki top fərqi ilə irəlidə olmalı idik. Bununla belə, superkubokda güclü olan qalib gəldi. Layiqli qələbə qazandığımızı düşünürəm".

Siasport.az saytı xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak "Neftçi" ilə superkubok matçından sonra (2:1) keçirilən mətbuat konfransında deyib.

Uelsli mütəxəssis bu görüşdə hakimin verdiyi qərarlarının onun üçün anlaşılmaz olduğunu bildirib: "Tounkaranın qırmızı vərəqə aldığı epizodu görmədim. Həmin qərar mənim üçün anlaşılmaz qaldı. Görünür, "Neftçi"nin futbolçuları onun qarşısını almaqda çətinlik çəkdikləri üçün təxribata əl atdılar. Tounkara da bu təxribata uydu və meydandan qovuldu. 10 nəfərlə mübarizə aparmaq çətin idi. Sonradan bəzi dəyişiklər etdik və müdafiədə etibarlı oynadıq".

İlk hissədə penalti zərbəsinin ləğv edilməsinə də münasibət bildirən Toşak bu haqda belə deyib: "Penalti qərarının dəyişdirilməsi "Xəzər Lənkəran"ı yox, "Neftçi"ni ruhlandırmalı idi. Lakin komandam əsl xarakter nümayiş etdirərək layiqli qələbə qazandı".

Bütün xəbərlər Facebook səhifəmizdə