Bu gün Azərbaycan Superkubokunun yeni sahibi məlum olacaq. Siasport.az saytı xəbər verir ki, həlledici görüşdə son mövsümdə "qızıl dubl" edən "Neftçi" kubokun finalçısı "Xəzər Lənkəran"la qarşılaşacaq. Əzəli rəqiblərin görüşü Naxçıvanda baş tutacaq. Qeyd edək ki, Superkubok oyunu sonuncu dəfə 18 il bundan öncə - 1995-ci ildə keçirilib. Həmin oyunda "Neftçi" "Turan"ı məğlub edərək Superkuboka sahib olub. Ümumilikdə bu mükafatı iki dəfə "Neftçi", bir dəfə isə "Qarabağ" qazanıb.
23 oktyabr
Azərbaycan Superkuboku
15:00. "Xəzər Lənkəran" – "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Naxçıvan. İbrahimxəlil Axundlu adına stadion.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB