Sabah Azərbaycan Superkuboku uğrunda Naxçıvanda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" oyunöncəsi son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, komanda saat 10:30-da matçın keçiriləcəyi arenada məşqə start verib və futbolçular saat yarım ərzində taktiki çalışmaları yerinə yetiriblər. Komandada Junior Nildo istisna olmaqla başqa zədəli futbolçu yoxdur və "Xəzər Lənkəran" hazırda məskunlaşdığı "Duzdağ" otelində oyun saatını gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB