Azərbaycanın qadın ağır atleti dünya çempionatında 3 gümüş medal qazandı

Azərbaycanın qadın ağır atleti dünya çempionatında 3 gümüş medal qazandı

Polşanın Vrotslav şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, çempionatın birinci günündə Azərbaycan milli komandasının bir üzvü körpücük üzərinə çıxıb. Qadınların yarışında Kristina Yovu (53 kq) qüvvəsini sınayıb və böyük uğur qazanıb. Təmsilçimiz birdən qaldırma hərəkətində əvvəlcə 93, daha sonra 96, ən sonda isə 100 kiloqramlıq ştanqın öhdəsindən gəlib və bu hərəkətdə dünya çempionatının gümüş medalını qazanıb.
Təkanla qaldırma hərəkətində atletimiz əvvəlcə 113 kiloqramı ram edib. Sonra o, sifariş verdiyi 120 kiloqramı qaldıra bilməsə də, üçüncü cəhdində 121 kiloqramın öhdəsindən gəlib. İdmançımız təkanla qaldırma hərəkətində də gümüş medal qazanıb.
Toplamda 221 kiloqram nəticə nümayiş etdirən Kristina Yovu dünya çempionatının ümumi sıralamasında ikinci yeri tutaraq, gümüş medala layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə