"Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayev uzun müddətə sıradan çıxıb. Siasport.az saytının məlumatına görə, "Sumqayıt"la son turda baş tutan görüşdə zədələnərək oyunu yarımçıq tərk edən 21 yaşlı milli oyunçunun sağ dizində iç yan bağlarında II dərəcəli dartılma qeydə alınıb. Bu tipli zədənin bərpa prosesinin adətən 3-4 həftə davam etdiyini nəzərə alsaq, Q.Qarayevin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağını ehtimal etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB