Futbolçu hakimin yerinin şüşəsini sındırdığı üçün 3 oyunluq cəzalandı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasında aşağıdakı qərarlar qəbul edilib:
Topaz Premyer Liqasının X turunun "İnter" – "Qəbələ" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının X turunun "Neftçi" – "Rəvan" matçında "Rəvan" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının X turunun "Simurq" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 73-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Matçın 79-cu dəqiqəsində "Simurq" klubunun 20 №-li futbolçusu İdan Vaytsman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin X turunun "Bakı" – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun "Energetik" – "Mil-Muğan" matçında "Mil-Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun "Lokomotiv" – "Şəmkir" oyununun 60-cı dəqiqəsində "Şəmkir" klubunun 31 №-li futbolçusu Asif Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Matçın 62-ci dəqiqəsində "Şəmkir" klubunun 11 №-li futbolçusu Ramil Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 82-ci dəqiqəsində "Lokomotiv" klubunun 4 №-li futbolçusu Tural Adıgözəlov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun VI turunun "Kəpəz" – "Araz Naxçıvan" matçında "Araz Naxçıvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun "Bakılı" – "Qaradağ Lökbatan" matçında "Bakılı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 85-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 30 №-li futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman ehtiyat hakimin əyləşdiyi yerin şüşəsini və soyunub-geyinmə otağının qapısını sındırdığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Dəymiş ziyana əsasən "Qaradağ Lökbatan" klubu stadionun rəhbərliyinin təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB