Azərbaycan idmançısı “M-1 Challenge 42” turnirində qızıl medal qazanıb
Sankt-Peterburqda çoxdan gözlənilən "M-1 Challenge 42" turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnir çərçivəsində təknövçülük yarışlarının pərəstişkarları 11 gərgin döyüşün şahidi olublar.
70 kiloqramadək çəki dərəcəsində medallar uğrunda Azərbaycan idmançısı Etiqad Atakişiyev və ukraynalı Oleq Xaçaturov mübarizə aparıb. Hakimlərin yekdil qərarına əsasən E.Atakişiyev qələbə qazanıb.
Ağır çəkili (93 kiloqramdan çox) idmançılar arasında keçirilmiş daha bir təknövçülük yarışında rusiyalı Zaur Xetaqurov idmançımız Zaur Hacıbabayevə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB