Rafael Ağayev bir daha dünya çempionu oldu

Rafael Ağayev bir daha dünya çempionu oldu

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq yarışlarda uğurla təmsil edən karateçi Rafael Ağayev medal kolleksiyasına daha bir qızıl əlavə edib. Siasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında rəqiblərinə heç bir şans verməyən Rafael nəticədə fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Karateçimiz ilkin mərhələdə Misir, Hollandiya və ABŞ-dan olan döyüşçüləri məğlub edib. Yarımfinalda R.Ağayev Almaniya təmsilçisini üstələyib - 4:0. Finalda isə Rafael 75 kq çəki dərəcəsində ən iddialı rəqiblərindən olan italiyalı Luici Busu tatamiyə çıxmağına peşman edib - 7:1. Beləliklə, Rafael Ağayev döyüş növləri üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.

Xatırladaq ki, yarışda Azərbaycanı təmsil edən digər karateçimiz Şahin Atamov da qızıl medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə