"Xəzər Lənkəran” Naxçıvanda məskunlaşıb

"Xəzər Lənkəran” Naxçıvanda məskunlaşıb

Azərbaycan Superkuboku uğunda matç üçün Naxçıvana yola düşən "Xəzər Lənkəran" artıq 5 ulduzlu "Duzdağ" otelində məskunlaşıb. Siasport.az saytının məlumatına görə, dünən saat 14:00-da Azərbaycan Hava Yollarının "Lənkəran" adlı "Boinq 757-200" tipli təyyarəsi ilə yola düşən komanda 55 dəqiqəlik rahat uçuşdan sonra Naxçıvan Beynəlxalq Hava Limanına çatıb. Komanda daha sonra məskunlaşacağı Muxtar Respublikanın ən tanınmış oteli sayılan "Duzdağ"a gedib. Qısamüddətli istirahətdən sonra futbolçular saat 17:00-da adıçəkilən otelin kiçik ölçülü futbol meydançasında məşqə çıxıblar. Bir saatlıq məşqdən sonra komanda istirahətə çəkilib.

Hazırda klub prezidenti başda olmaqla bütün qurum rəsmiləri "Duzdağ" otelindədir.

Qeyd edək ki, "Xəzər Lənkəran" Naxçıvana çatdıqdan sonra Muxtar Respublikanın güc strukturlarının rəhbərləri oteldə klub rəhbərliyini ziyarət edərək lazım olan bütün köməkliyi göstərməyə hazır olduqlarını, burada olduqları müddətdə komandanın təhlükəsizliyini ən yüksək səviyyədə qoruyacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə