Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında daha bir boksçumuz 1/4 finala vəsiqə qazanıb. Siasport.az saytının məlumatına görə, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) 1/8 finalda hindistanlı Manpret Sinqxlə qarşılaşıb. İkinci raundda həmyerlimizin qüvvətli zərbəsindən sonra rəqibin qaşı zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Beləliklə, T.Məmmədov görüşün qalibi elan olunub. Millimizin üzvü növbəti mərhələdə kubalı Erislandi Savonla üz-üzə gələcək.
Qeyd edək ki, 2011-ci ildə Bakıda keçirilən dünya çempionatında 91+ kq çəki dərəcəsində çıxış edən Savon Məhəmmədrəsul Məcidova uduzmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB