Ronaldo Almaniya və İspaniyanı favorit adlandırdı

Ronaldo Almaniya və İspaniyanı favorit adlandırdı

Braziliya futbolunun canlı əfsanəsi sayılan Ronaldo, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, ötənlərin ulduz futbolçusu 2014-cü ildə ölkəsində keçiriləcək Dünya Çempionatı ilə bağlı açıqlamalar verib. Ronaldo FİFA-nın rəsmi saytına müsahibəsində bildirib ki, dünya kuboku uğrunda mübarizədə İspaniya və Almaniya millilərini favorit hesab edir: "Almanlar və ispanlar son vaxtlar əla futbol nümayiş etdirirlər. Bu səbəbdən onları dünya kuboku uğrunda mübarizədə əsas namizədlər saymaq olar. Braziliya yığmasına gəldikdə isə, komandamız Konfederasiyalar Kubokunda inamlı oyun göstərdi və kuboku qazandı. Düşünürəm ki, bu mübarizəni 2014-cü ildəki çempionatda da göstərəcəklər. Həm də ki turnir bizim ölkədə keçiriləcək. Ona görə də mən əminəm ki, Braziliya millisi bizi utandırmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə