Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında bu gün iki boksçumuz rinqə çıxıb. Siasport.az saytının məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 1/8 final mərhələsində Koreya boksçusu Kim İnkyu ilə görüşüb. 2011-ci ilin Avropa çempionu olan S.Əlizadə 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Cavid Çələbiyev (56 kq) isə 1/4 finala vəsiqə qazanıb. Milli komandamızın üzvü 1/8 finalda Keniya idmançısı Benson Njanqirunu məğlub edib - 2:1 (30:27, 30:27, 28:29). Həmyerlimiz növbəti mərhələdə hindistanlı Şiva Tapa ilə üz-üzə gələcək.
Qeyd edək ki, Hindistan Boks Federasiyası AİBA tərəfindən cəzalandırıldığından bu ölkənin idmançıları beynəlxalq federasiyasının bayrağı altında çıxış edirlər.
Axşam proqramında isə Teymur Məmmədov rinqə çıxacaq. Onun rəqibi hindistanlı Manpreet Sinqx olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB