Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci dəfə keçirilən güləş üzrə "Qitələrarası Kubok" beynəlxalq turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, iki gün davam edən turnirdə sərbəst güləş yığmamızın üzvləri 1 gümüş və 4 bürünc medal qazanıb.
Turnirin ilk günündə 55 kq çəki dərəcəsində təmsilçilərimiz bürünc medal görüşündə üz-üzə gəliblər. Mircəlal Həsənzadə ilə gərgin keçən görüşü Ruslan Surxayev qələbə ilə başa vurub.
60 kq-da Məhəmməd Müslümov həlledici görüşdə Çeçenistan təmsilçisi Coxar Cabayevdən 7:0, 84 kq çəkidə Məhəmmədhacı Xatiyev dağıstanlı Dauren Kuruqliyevdən 5:0 hesabı ilə üstün olub.
Yarışların ikinci günündə mübarizəyə qoşulan Cəbrayıl Həsənov (74 kq) finala qədər maneəsiz irəliləyib. Finalda dağıstanlı Hacı Hacıyevlə görüşü uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
120 kq-da mübarizə aparan Aslan Dzebişov isə bürünc medal qazanıb. Güləşçimiz həlledici görüşdə Rusiya təmsilçisi Azamat Kişevi məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB