Azərbaycan gimnastı bürünc medal qazanıb

Azərbaycan gimnastı bürünc medal qazanıb

Azərbaycan gimnastı Lalə Yusifova Berlində keçirilən bədii gimnastika üzrə Qran-Prinin finalında gürzlə hərəkətlərdə bürünc mükafata layiq görülüb. Siasport.az saytının məlumatına görə, o, hakimlərdən 17,150 bal alıb, yalnız rusiyalı Darya Svatkovski (18,200) və Marqarita Mamundan (17,400) geri qalıb.
Lalə Yusifova top və lentlə hərəkətlərdə 4-cü, halqa ilə hərəkətlərdə isə 6-cı yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə