"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun Fransada keçirdiyi görüşlər davam edir. Siasport.az saytının məlumatına görə, H.Məmmədov "Hotel de Paris" otelində Monako şahzadəsi II Albertlə görüşüb. "Bakı" futbol klubunun prezidenti "Monako"nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Ardından ona Azərbaycan futbolu haqda məlumat verilib.
Öz növbəsində II Albert də H.Məmmədovun "Lans"a göstərdiyi dəstəyi yüksək qiymətləndirib, bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb. II Albert Cənab İlham Əliyevin 3-cü dəfə Prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB