"Qalatasaray"a makedoniyalı hakim

Oktyabrın 23-də, Bakı vaxtı ilə saat 23:45-də UEFA Çempionlar Liqasının B qrupunda baş tutacaq "Qalatasaray" - "Kopenhagen" matçının baş hakiminin adı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, "cim bom"un İstanbulda, "Türk Telekom Arena"da "Kopenhagen"lı keçiriləcək qarşılaşmasında makedoniyalı Aleksandar Stavrev baş ədalət təmsilçisi olacaq. Ona Maryan Kirovski və Deyan Kostadinov kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə