Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunlarında maraqlı nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında "Real" (Madrid) "Malaqa" ilə münasibətlərinə aydınlıq gətirib. Olduqca gərgin keçən qarşılaşmada kral klubu rəqibini 2:0 hesabı ilə məğlub edərək, çempionluq iddiasını davam etdirib. Ən maraqlısı odur ki, lider "Barselona" yeni mövsümdə ilk xal itikisi ilə üzləşib. Belə ki, katalon klubu, "Osasuna"nın qonağı olub. Lionel Messinin də yenidən forma geyindiyi bu görüşdə Kataloniya klubu qalibiyyət seriyasını davam etdirmək niyyətində idi. Lakin geridə qalan 8 turda qələbə qazanan "Barselona", bu dəfə "Osasuna"nın müqavimətini qıra bilməyib. Turnir cədvəlində 2-ci pillədə olan Madrid "Atletiko"su da bu mövsüm ilk dəfə məğlubiyyət acısı yaşayıb. Belə ki, Arda Turanın komandası səfərdə "Espanyol"a 0:1 hesabı ilə məğlub olub.
Turun digər qarşılamasında isə "Valensiya" "Real Sosyedad"la münasibətlərə aydınlıq gətirib. Fasiləyə məğlub yollanan "Valensiya" ikinci hissədə də oyunda dönüş yarada bilməyib. Rəqibini 2:1 hesabı ilə məğlub edən "Real Sosyedad" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. Qeyd edək ki, 9-cu turun qalan görüşləri sabah və biri gün keçiriləcək.
19 oktyabr
İspaniya La Liqası, IX tur
"Espanyol" - "Atletiko" (Madrid) - 1:0
Qol: T.Kurtua, 54-avtoqol (1:0)
"Real" (Madrid) - "Malaqa" - 2:0
Qollar: Di Mariya, 46 (1:0), Ronaldo, 90 (2:0)
"Osasuna" - "Barselona" - 0:0
"Valensiya" - "Real Sosyedad" - 1:2
Qollar: Qriezman, 41 (0:1), Pardo, 58 (0:2), Pabon, 90 (1:2)
20 oktyabr
"Qranada" - "Qetafe"
"Almeriya" - "Rayo Valyekano"
"Betis" - "Elçe"
"Valyadolid" - "Sevilya"
21 oktyabr
"Selta Viqo" - "Levante"
"Atletik" (Bilbao) - "Vilyareal"
| S | Komandalar | O | Q | H | M | Xal |
|---|---|---|---|---|---|---|
| 1. | Barselona | 9 | 8 | 1 | 0 | 25 |
| 2. | Atletiko (Madrid) | 9 | 8 | 0 | 1 | 24 |
| 3. | Real (Madrid) | 9 | 7 | 1 | 1 | 22 |
| 4. | Vilyareal | 8 | 5 | 2 | 1 | 17 |
| 5. | Espanyol | 9 | 4 | 2 | 3 | 14 |
| 6. | Qetafe | 8 | 4 | 1 | 3 | 13 |
| 7. | Atletik (Bilbao) | 8 | 4 | 1 | 3 | 13 |
| 8. | Valensiya | 9 | 4 | 1 | 4 | 13 |
| 9. | Real Sosyedad | 9 | 2 | 4 | 3 | 10 |
| 10. | Levante | 8 | 2 | 4 | 2 | 10 |
| 11. | Malaqa | 9 | 2 | 3 | 4 | 9 |
| 12. | Sevilya | 8 | 2 | 3 | 3 | 9 |
| 13. | Elçe | 8 | 2 | 3 | 3 | 9 |
| 14. | Betis | 8 | 2 | 2 | 4 | 8 |
| 15. | Qranada | 8 | 2 | 2 | 4 | 8 |
| 16. | Osasuna | 9 | 2 | 1 | 6 | 7 |
| 17. | Selta Viqo | 8 | 1 | 3 | 4 | 6 |
| 18. | Valladolid | 8 | 1 | 3 | 4 | 6 |
| 19. | Rayo Valyekano | 8 | 2 | 0 | 6 | 6 |
| 20. | Almeriya | 8 | 0 | 3 | 5 | 3 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB