FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı "Şəfa" stadionuna təqdim edəcək. Siasport.az saytı xəbər verir ki, ali futbol qurumunun müvafiq komissiyasından verilən məlumata əsasən, stadion beynəlxalq standartlara cavab verir və arenaya 2 ulduzun verildiyini təsdiqləyən sertifikat yaxın günlərdə "İnter"PİK-ə təqdim olunacaq.
Əlavə edək ki, sertifikat 1 il müddətinə qüvvədə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB