Bu gün Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə qərb bölgəsində keçirilən velosiped idman növü üzrə ölkə birinciliyinin son mərhələsinə start verilib. Siasport.az saytının məlumatına görə, çempionatın axırıncı günündə idmançılar fərdi yarışlarda bacarıqlarını nümayiş etdirirlər. Qovlar-İbrahimhacılı marşrutu üzrə elit və U-23 kateqoriyasından olan velosipedçilər 25, U-17, U-15 və qızlar isə 10 kilometr məsafədə yarışırlar.
Çempionat bu gün başa çatacaq. Qaliblər AVİF və Gənclər və İdman Nazirliyinin medal, diplom və mükafatları ilə təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB