Kamran Ağayev Türkiyəyə əməliyyat olunmağa gedir

Kamran Ağayev Türkiyəyə əməliyyat olunmağa gedir

Futbol üzrə Azərbaycan millisinin və "Bakı" klubunun qapıçısı Kamran Ağayev bu gün səhər Türkiyəyə yola düşür. Siasport.az saytının məlumatına görə, ötən gün Topaz Premyer Liqasının 10-cu turunun "Bakı" - AZAL görüşünü stadiondan izləyən qapıçı əməliyyat olunacağını bildirib.

Yığmanın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi Rusiya ilə son görüşündə zədələnən qapıçının yaşıl meydana nə vaxt qayıdacağı məlum deyil. K.Ağayevin yaxın 1 ayda Bakıya kömək edə bilməyəcəyi dəqiqdir.

Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə