Qurban Qurbanov: "Daha çox qol vura bilərdik"

Qurban Qurbanov: "Daha çox qol vura bilərdik"

Topaz Premyer Liqasının 10-cu turunda "Qarabağ" klubu Sumqayıtda yerli "Sumqayıt" klubunun qonağı olub. Siasport.az saytının məlumatına görə, rəqibini 3:0 hesabı ilə məğlub edən ağdamlılar turnir cədvəlində ilk pilləyə şərik olublar.

Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırrıq:

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "İlk hissədə oyunumuz yaxşı alınmadı. İkinci hissədə daha yaxşı oynadıq, üç qol vurub qalib gəldik. Daha çox qol vura bilərdik, qol epizodlarımız oldu. Hava şəraiti də oyunumuza təsirsiz ötüşmədi. Süni örtüklü olmasına baxmayaraq, meydançanın vəziyyəti yaxşı idi. "Sumqayıt" klubu stadionda çox yaxşı şərait yaradıb".

Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: "Oyunun çətin keçəcəyini bilirdik. "Qarabağ" Azərbaycanın ən güclü komandalarından biridir. 90 dəqiqənin yekununda komandalar arasındakı səviyyə fərqi göründü. Rəqibin heyətində çox güclü, ustalıq səviyyəsi yüksək olan futbolçular var. Bu gün buraxdığımız hər üç qolda müdafiə xəttinin kobud səhvləri oldu. Heyətimizdə Premyer Liqa təcrübəsi olan futbolçular azdır".

Bütün xəbərlər Facebook səhifəmizdə