"Neftçi" PFK-nın 2000-ci il təvəllüdlü futbolçulardan ibarət komandası Rusiyanın Soçi şəhərində keçirilən "Dəri top" beynəlxalq turnirində iştirak edir. Siasport.az saytının məlumatına görə, B qrupunda mübarizə aparan yeniyetmələr yarışda 4 oyun keçirib. "Uz Donq Ju" (Özbəkistan) ilə heç-heçə (1:1) oynayan baş məşqçi Eldəniz Məmmədovun yeirmələri 3 görüşdə ("Pişevik" Alaniya 1:0, İR Cənubi Osetiya 2:1, "Kaspiy" Qazaxıstan 4:0) qələbə qazanmaqla turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. "Neftçi" qrupda "Briqantina" (Pskov) ilə keçirəcəyi son oyununda qalib gəlsə, final qarşılaşmasına vəsiqə qazanacaq. "Neftçi"nin heyətində ən çox qol vuran futbolçu Hüseyn Hüseynzadədir. Onun hesabında 3 qol var.
Qeyd edək ki, 6 komandanın yer aldığı A qrupunda "Berd" (Çeçenistan), "Daqomıs" (Soçi), "Kremen" (Ukrayna), "Nard" (Abxaziya), "Zarya" (Moldova) və "Slutsksaxar" (Belarus) çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB