Argentinalı futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona, yeni iddiaya düşüb. Siasport.az saytı xəbər verir ki, argentinalı əfsanə bir gün oyunçu kimi uğurlar qazandığı "Napoli"də baş məşqçi olmaq istədiyini deyib. "Napoli"də çox yaxşı günlərim olub. Hazırda klub A seriyasında uğurlu çıxışı ilə yadda qalır. Sözsüz ki, bunun əsas səbəbkarlarından biri komandanın çalışdırıcı Rafael Benitezdir. Mən də ondan sonra "Napoli"nin baş məşqçisi olmaq istəyərəm" - deyə Maradona bildirib. Qeyd edək ki, 1984-1991-ci illərdə "Napoli"nin şərəfini qoruyan Maradona keçirdiyi 188 oyunda 81 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB