"Qalatasaray" prezidenti "Fənərbaxça" və "Beşiktaş"a meydan oxudu!

"Qalatasaray" prezidenti "Fənərbaxça" və "Beşiktaş"a meydan oxudu!

İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal, yenə əzəli rəqbilərinə meydan oxuyub. Siasport.az saytı xəbər verir ki, Londonda keçirilən beynəlxalq konfransda iştirak edən Ü.Aysal, Fatih Terimin gedişindən sonra komandada yaranmış vəziyyətlə bağlı jurnalistlərə açıqlamalar verib. "Qalatasaray" rəhbəri bildirib ki, ardıcıl olaraq 2 il Türkiyə Çempionu olduqdan və UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksəldikdən sonra, komandada məşqçi dəyişikliyinə ehtiyac olduğundan yeni baş məşqçi ilə yola davam qərarı veriblər. Roberto Mançini kimi təcrübəli və daima uğurlar qazanan mütəxəssislə işləməkdən məmnun olduğunu deyən "Qalatasaray" prezidenti bildirib ki, turnir cədvəlindəki hazırkı durumlarına baxmayaraq, yenidən 3-cü dəfə çempion olacaqlarına əmindirlər. O qeyd edib ki, şənbə günündən başlayaraq bütün qüvvələrini məhz daha çox xallar qazanmağa və "Fənərbaxça" ilə "Beşiktaş"ı geridə qoymağa yönəldəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə