Respublika çempionatı keçiriləcək

Respublika çempionatı keçiriləcək

Noyabrın 9-10-da Gənclər və İdman Nazirliyinin, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə dəstəyi ilə "Climb-Baku" dırmanma mərkəzində idman dırmanması üzrə Respublika çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, çempionatın məqsədi ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək və istedadlı idmançıları üzə çıxartmaqdır.

Yarış 15 yaşdan yuxarı qadın və kişi idmançılar arasında şəxsi və komandalar üzrə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə