"Barselona" uşaqların "Nou Kamp"a pulsuz girişini qadağan etdi!

"Barselona" uşaqların "Nou Kamp"a pulsuz girişini qadağan etdi!

İspaniyanın "Barselona" futbol klubu, azyaşlı azarkeşlərini üzən qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, katalon təmsilçisi 7 yaşından az olan uşaqların "Nou Kamp" stadionuna bilet almadan pulsuz girişinə qadağa qoyub. Halbuki, bundan əvvəl 7 yaşından aşağı olan balaca azarkeşlər üçün "Barselona"nın oyunlarına baxmaq pulsuz idi. Komanda rəhbərliyi qərarını onunla əsaslandırır ki, hər qarşılaşmada ən azı 10 min uşaq meydanda olur ki, bu da həm maddi baxımdan komanda üçün ciddi itkidir, həm də təhlükəsizliyin təmin olunmasında bir sıra lokal problemlər yaradır. Komanda rəhbərliyi, bu qərarla həm nizam intizamı təmin etməyi, həm də maddi gəlirini artırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə