Flavinyo yenə iddialı danışdı
Bakının "Neftçi" futbol klbunun braziliyalı futbolçusu Flavinyo, Topaz Premyer Liqasının 10-cu turunun "Rəvan"la keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, komandasının rəsmi saytına açıqlama verən braziliyalı futbolçu bildirib ki, "Neftçi"nin liderlər qrupundakı mövqeyini möhkəmlətmək üçün bu oyundan mütləq 3 xalla ayrılmaq lazımdır: "Şənbə günü çempionatda yaranmış fasilə başa çatır. Bu tur rəqibimiz olan "Rəvan" klubunu səfərdə məğlub etmişdik. Həmin görüşdə rəqib əsasən müdafiədən oynamağa çalışırdı. Eşitdiyimə görə "Rəvan"a yeni baş məşqçi təyin olunub. Bəlkə də onların ifasında fərqli oyunun şahidi olduq. İstənilən halda ilk dəqiqələrdən etibarən sona kimi var qüvvəmizlə oynamalıyıq. Məqsədimiz doğma meydanda da qələbə qazanmaqdı. Liderlər qrupundakı mövqeyimizi möhkəmlətmək üçün bu oyundan mütləq 3 xalla ayrılmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə